Zlatan İbrahimoviç sentyabrda qayıdacaq

14:55 - 10 Avqust 2021

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç yeni mövsümün startını buraxacaq.

 

Sportal.az xəbər verir ki, 39 yaşlı hücumçunun avqustun 23-də İtaliya A seriyasının ilk turu çərçivəsində “Sampdoriya”ya qarşı keçiriləcək matçda meydana çıxacağı gözlənilsə də, bu baş tutmayacaq.

 

Buna səbəb isveçli ulduzun zədəsinin təkrarlanma riskinin yüksəlməsidi.

 

İbrahimoviç tam sağaldıqdan sonra oyunlara çıxacaq. Ehtimallara görə, isveçli ulduz sentyabrda milli komandaların oyunlarına görə veriləcək fasilədən sonra meydana qayıdacaq.

Xəbər xətti