Azərbaycanlı hakim-inspektor Ermənistanın oyunlarına təyinat aldı

16:39 - 10 Avqust 2021

Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli növbəti təyinat alıb.

 

Sportal.az xəbər verir ki, E.Səmədli qadınlardan ibarət komandalar arasında futzal üzrə Avropa çempionatının seçmə mərhələsində B qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

 

Bu qrupda Niderland, Moldova, Bosniya və Herseqovina və Ermənistan milli komandaları mübarizə aparacaq. Oyunlar avqustun 16-dan 19-dək Moldovada təşkil olunacaq.

Xəbər xətti