Almaniyanın "Ayntraxt" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Frankfurt təmsilçisi "Milan" hücumameyilli yarımmüdafiəçisi Yens Petter Hoqeni transfer edib. Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 21 yaşlı norveçli vingerlə 5 illik müqavilə imzalanıb.
"Ayntraxt" gənc oyunçu üçün qarşı tərəfə 12 milyon avro ödəyib.
Qeyd edək ki, Hoqe "Milan"a 2020-ci ilin yayında ölkəsinin "Bodo Qlimt" klubundan transfer olub. Norveç millisinin üzvü son mövsümdə İtaliya A serisyasında meydana çıxdığı 18 oyunda 2 qol vurub.
saytlarin hazirlanmasi
