AEL-in koronavirusa yoluxan futbolçusu məlum oldu

17:15 - 10 Avqust 2021

UEFA Konfrans Liqasının 3-cü mərhələsinin cavab oyununda “Qarabağ”la qarşılaşacaq Kipr AEL-ində koronavirusa yoluxan futbolçunun adı məlum olub.

 

Sportal.az xəbər verir ki, bu, yarımmüdafiəçi Entoni Georgiudur. Koronavirus testi müsbət çıxan 24 yaşlı futbolçu karantinə alınıb.

 

Qeyd edək ki, "Qarabağ"ın AEL-lə Kiprdə keçirdiyi oyun 1:1 hesablı bərabərliklə başa çatıb. Bu komandalar arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq cavab qarşılaşması saat 20:00-da başlayacaq.

Xəbər xətti