"Barselona"dan ayrılan Lionel Messinin yeni klubu müəyyənləşmək üzrədir.
Sportal.az xarici KİV-ə xəbər verir ki, argentinalı ulduz karyerasını PSJ-də davam etdirəcək. 34 yaşlı hücumçunun artıq Parisə yolda düşdüyü bildirilir.
Fransa təmsilçisinin futbolçusu Neymar instaqram səhifəsində Messinin PSJ-yə keçdiyini açıqlayıb. O, "Barselona"dan keçmiş komanda yoldaşı ilə şəklini paylaşaraq "Yenidən birlikdə" başlığını yazıb.
