Gezzal "Beşiktaş"la müqavilə imzalamaq üçün İstanbula gəldi

18:24 - 10 Avqust 2021

"Beşiktaş" ötən mövsüm İngiltərənin "Lester Siti" klubundan icarəyə götürdüyü Rəşid Qezzalı transfer edib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı vinger bu gün İstanbula gəlib. Futbolçu tibbi müayinədən keçəndən sonra rəsmi müqaviləyə imza atacaq.

 

"Qara qartallar” Gezzalın transfer hüquqlarına yiyələnmək üçün 3,2 milyon avro ödəyib.

 

Əlcəzairli futbolçu ötən mövsüm "Beşiktaş"ın heyətində meydana çıxdığı 35 matçda 8 qol, 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti