"Fənərbaxça"dan transfer edilən futbolçu azərbaycanlı hücumçuya rəqib oldu

00:23 - 11 Avqust 2021

"Fənərbaxça"nın hücumçusu Kemal Ademi Rusiyanın "Ximki" klubuna transfer olub.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalayıb. Almaniya və İsveçrə vətəndaşlığı olan oyunçu yeni klubunda 9 nömrəli formada çıxış edəcək. Onun keçidi "Ximki"yə 800 min avroya başa gəlib.

 

Rusiya təmsilçisində Azərbaycanın U-20 millisinin üzvü olmuş 22 yaşlı hücumçu Kamran Əliyev də çıxış edir.

 

"Fənərbaxça" Ademini 2020-ci ildə "Bazel"dən 1,4 milyon avroya transfer etmişdi.

Xəbər xətti