Bu gün UEFA Super Kubokunun qalibi müəyyənləşəcək.
Sportal.az xəbər verir ki, həlledici oyunda İngiltərənin “Çelsi” və İspaniyanın “Vilyarreal” komandaları üz-üzə gələcək. Şimali İrlandiyanın paytaxtı Belfastda keçiriləcək görüş saat 23:00-da start götürəcək.
Qeyd edək ki, “Çelsi” ötən mövsüm Çempionlar Liqasının, “Vilyarreal” isə Avropa Liqasının qalibi olub.
UEFA Super Kuboku
11 avqust
23:00. Çelsi (İngiltərə) – Vilyarreal (İspaniya)
Baş hakim: Sergey Karasyov (Rusiya).
Belfast. “Vindzor Park” stadionu.
