“Real” rəhbərliyi daha bir futbolçu ilə yollarını ayırmaq qərarına gəlib.
Sportal.az xəbər verir ki, Madrid klubu ötən mövsümü “Arsenal”da icarə əsasında oynamış norveçli futbolçusunu komandada saxlamaq niyyətində deyil.
Yarımmüdafiəçinin xidmətində maraqlı olan klub elə “Arsenal”dı. “Topçular” Edeqorla uzunmüddətli müqavilə imzalamaq niyyətindədi. Yaxın günlərdə “Arsenal”ın Edeqor üçün “Real”a rəsmi müqavilə ilə müraciət edəcəyi ehtimal edilir.
