Ötən mövsümü Yunanıstanın "Atromitos" klubunda keçirmiş Əmir Ağayevin yenidən Azərbaycan Premyer Liqasında çıxış edə biləcəyi barədə xəbər vermişdik.
Sportal.az saytının məlumatına görə, yarımmüdafiəçinin xidmətində maraqlı olan Azərbaycan klubları az deyil. Həmin klublardan biri "Neftçi"di. "Ağ-qaralar" milli komandamıza namizəd sayılan futbolçunu heyətinə qatmağı planlaşdırır.
“Neftçi” ilə yanaşı Premyer Liqanın daha 2 klubu Ağayevin xidmətində maraqlıdı. Futbolçunun özü də əməkdaşımızla söhbətində ölkəmizə qayıtmaq ehtimalının olduğunu inkar etməyib.
