Xorvatiyalı məşqçi: "Azərbaycanın U-18 yığmasının baş məşqçisi təyin edilə bilərdim"

14:38 - 11 Avqust 2021

Xorvatiyalı məşqçi Luka Pavloviç Azərbaycanda işləyə bilərmiş.

Sportal.az xəbər verir ki, “Şerif”dən ayrıldıqdan sonra ona Azərbaycanın U-18 komandasını çalışdırmaq təklif olunub. 

​Bu barədə o, Rusiya mətbuatına açıqlamasında bildirib. Hazırda "Baltika" klubunun futbol akademiyasının direktor vəzifəsində çalışan xorvat belə danışıb:

"Azərbaycanın U-18 yığmasının baş məşqçisi təyin edilə bilərdim. Amma alınmadı. Bir ay işsiz qaldıqdan sonra, Kalininqraddan zəng etdilər. Bu da mənim məqsədlərimlə üst-üstə düşürdü. Çünki Pridnestrovyadan sonra məhz rusdilli ölkədə karyeramı davam etdirmək istəyirdim”.

Xəbər xətti