Azərbaycanlı hakim Çempionlar Liqası oyunlarına təyinat aldı

15:23 - 11 Avqust 2021

Futzal üzrə FIFA referisi Hikmət Qafarlı beynəlxaq təyinat alıb.

 

Sportal.az xəbər verir ki, Hikmət Qafarlı futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsinin C qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

 

Avqustun 20-dən 25-dək davam edəcək oyunlar Albaniyanın paytaxtı Tiranada təşkil olunacaq. Bu qrupda “Tirana”, “Haladas” (Macarıstan), “Differdanj” (Lüksemburq) və “Utleira” (Norveç) komandaları mübarizə aparacaq.

Xəbər xətti