"Real" futbolçusunu icarəyə verdi

16:11 - 11 Avqust 2021

İspaniyanın “Real” klubu futbolçusu Viktor Çustu icarəyə verib.

 

Sportal.az xəbər verir ki, 21 yaşlı müdafiəçi 2021/2022 mövsümünü “Kadis”də keçirəcək. Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Çust 2012-ci ildən “Real”dadır. İspan müdafiəçi “kral klubu”nun əsas komandası ilə 3 matça çıxıb.

Xəbər xətti