Premyer Liqa klubu Çempionşipdən 17 milyona hücumçu aldı

16:32 - 11 Avqust 2021

İngiltərənin "Sauthempton" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Blekbörn Rovers"in hücumçusu Adam Armstronqu rənglərinə bağlayıb. "Sauthempton" 24 yaşlı hücumçu üçün Çempionşip klubuna 17 milyon avro ödəyib. Futbolçu ilə 4 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Armstronq 2018-ci ildən "Blekbörn Rovers"də çıxış edir. O, aşağı liqa klubunun heyətində 130 oyun keçirib və 49 qolla yadda qalıb.

Xəbər xətti