"Neftçi" Avropa Liqası ilə vidalaşdı - YENİLƏNİB

21:53 - 12 Avqust 2021

Bu gün son ölkə çempionu “Neftçi” Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab qarşılaşmasında HİK-lə qarşılaşıb.

Sportal.az xəbər verir ki, Samir Abasovun komandası evdə 2:2 oynadığı Finlandiya çempionu ilə pley-off mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparıb.

 

Rəqibinə 0:3 hesabı ilə məğlub olan "Neftçi" Avropa Liqası ilə vidalaşıb. Təmsilçimiz mübarizəni Avropa Konfrans Liqasında davam etdirəcək.
 
20:00 HİK (Finlandiya) – “Neftçi” (Azərbaycan) 3:0 

Qol: Riku Riski, 46, Rope Riski, 60 (pen), 89

Bolt Arena”, Helsinki

Baş hakim: Dəniz Aytəkin

 

Xəbər xətti