Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Danimarkanın "Kopenhagen" klubundan müdafiəçi Viktor Nelssonu rənglərinə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Cim bom" 23 yaşlı müdafiəçi üçün 7 milyon avro ödəyib. Gənc futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, bu, "Qalatasaray"ın 8-ci transferidi. "Sarı-qırmızılar" daha əvvəl Aytac Kara, Alparslan Öztürk, Barış Alper Yılmaz, Aleksandru Çikildeu, Saşa Boy, Patrik Van Aanholt və Berkan Kutlunu heyətinə qatıb.
saytlarin hazirlanmasi
