Kipr mətbuatı: "AEL rəqib azarkeşləri qarşısında oynayacaq, ancaq Kerkezin komandası buna hazırdı"

12:40 - 12 Avqust 2021

Kipr mətbuatı bu gün Konfrans Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – AEL (Limassol) matçı haqda yazıb.

Sportal.az xəbər verir ki, goal.com.cy saytı Tofiq Bəhramov adına Respublika stadionunda yerli azarkeş təzyiqinin AEL-ə problem yaratmayacağını bildirib:

“AEL Konfrans Liqasının pley-off mərhələsinin taleyini həll etmək üçün artıq Bakıya, “Qarabağ”la oyuna yollanıb. İlk oyun Limassol klubunun cavab görüşündə də uğurlu nəticəsinə ümid verir. Təbii ki, AEL-in qarşısında yaxşı komanda var. Hansı ki, yerli azarkeşlər qarşısında oynayacaq. Azərbaycanlılar hələ ilk görüşdə necə mühit yaratdıqlarını nümayiş etdirdilər. AEL Bakıda "Qarabağ" azarkeşləri qarşısında oynayacaq. Amma Duşan Kerkezin komandası buna hazırdı”.

Xəbər xətti