Dieqo Kostanın yeni klubu məlum oldu

15:30 - 12 Avqust 2021

"Atletiko"dan ayrılan Dieqo Kostanın yeni klubu məlum olub.

 

Sportal.az ESPN nəşrinə istinadla xəbər verir ki, İspaniya millisinin keçmiş üzvü karyerasını Braziliyada davam etdirəcək. 32 yaşlı hücumçu "Atletiko Mineyro" ilə razılığa gəlib. Braziliya əsilli futbolçu ilə 1 illik anlaşma əldə edilib. Kostanın illik maaşı 3 milyon avro olacaq.

 

Kosta Braziliyanın "Barselona" klubunun yetirməsidir. O, Avropa karyerasına 2006-cı ildə Portuqaliyanın "Braqa" klubunda başlayıb. "Atletiko" hücumçunu 2007-ci ildə "Braqa"dan 1,5 milyon avroya transfer edib. O, 2014-cü ildə 38 milyon avroya "Çelsi"yə transfer olub. Madrid təmsilçisi 4 il sonra keçmiş hücumçusunu 60 milyon avro qarşılığında yenidən heyətinə qatmışdı.

Xəbər xətti