Kipr millisinin sabiq futbolçusu Marios Xristodulu Konfans Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ” – AEL görüşü barədə danışıb.
Sportal.az xəbər verir ki, kiprli həmyerlilərinin Bakıdakı atmosferə hazırlıqlı olduqlarını söyləyib: “Hamımız bilirik ki, bu səfər bizim üçün əlverişsizdi. Çətin oyun olacaq, amma “aslanlar” hazırdı, çünki yaxşı komandaları var. AEL futbolçuları stadiondakı atmosferə hazır olmalıdı. Duşan Kerkez oyunçuarın psixoloji hazırlığına da diqqət edəcək. Arzu edirəm ki, hər şey yaxşı olsun, uşaqlar plana əməl etsinlər.
İnanıram ki, AEL-də komandanın növbəti mərhələyə yüksəlməsinə kömək olacaq səvyiyyədə oyunçuları var. AEL meydanda nə istədiyini bilən komandadı. Doğrudu, çətin komandaya qarşı oynayacaqlar. Amma mən bundan qorxmazdı. Komandamızın qalib gəlib növbəti mərhələyə yüksəlmək şansı var".
