Nazim Süleymanov: "Mən öz vəsaitimlə gəlib Azərbaycan millisinin şərəfini qorumuşam"

17:33 - 12 Avqust 2021

Azərbaycan milli komandasının sabiq futbolçusu Nazim Süleymanov Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən açıqlanan Azərbaycan futbol tarixinin rəmzi heyətində yer alması ilə bağlı fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, keçmiş hücumçu Komanda.az-a açıqlamasında, rəmzi heyətə düşməsinin təsadüfi olmadığını deyib:

 

“Mənim üçün sevindiricidir ki, Azərbaycan futbol tarixinin milli rəmzi komandasında varam. Futbol oynadığım zamanlarda, öz vətənimdə bəzi insanların mənə etdiyi haqsızlıqlara görə vətənimi tərk edib, başqa dövlətdə – Rusiyada oynamağa getdim. Orda qazandığım uğurlara görə mənə Rusiya millisinin heyətində oynamaq təklif edilmişdi. Mən isə öz vətənimi – Azərbaycan millisini seçdim. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, mən öz vəsaitimlə gəlib Azərbaycan milli komandasının şərəfini qorumuşam. Mənim Azərbaycan futbol tarixinin rəmzi komandasına düşməyim təsadüfi deyil və bu, qürurvericidir”.

Xəbər xətti