"İnter" xorvatiyalı ilə anlaşdı

12:56 - 13 Avqust 2021

“İnter” xorvatiyalı futbolçu ilə yeni müqavilə imzalayacaq.

Sportal.az xəbər verir ki, “nerazzura” Marselo Brozoviçə 3 illik müqavilə təklif edib. 28 yaşlı futbolçu isə bir neçə klubdan təklif alsa da, özü də komandada qalmaq haqda düşünür.

Brozoviç illik maaşını 3,8 milyon avrodan 5-6 milyon avroya yüksəldilməsini istəyib. Əgər bu baş verərsə, Xorvatiya millisinin yarımmüdafiəçisi “İnter”lə yeni 3 illik müqavilə imzalayacaq. Tərəflərin ilkin razılıq əldə etdiyi bildirilir.

Xəbər xətti