Tanınmış radio aparıcısı "Neftçi"dən yazdı: "Komanda hücumçusuz hara qədər getməyi düşünür?" - FOTO

13:44 - 13 Avqust 2021

“Neftçi”nin avrokuboklardakı uğursuz çıxışına tanınmış radio aparıcısı Tural Yusifovda reaksiya verib.

Sportal.az xəbər verir ki, daha çox radio aparıcısı kimi tanınan Yusifov “ağ-qaralar”ın HİK səfərində 0:3 hesabı ilə məğlub olaraq Avropa Liqası ilə vidalaşması haqda yazıb. Bununla yanaşı Konfrans Liqasında ölkəmizi təmsil edən “Qarabağ”ın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunun qazonu barədə fikirlərini yazıb:

“Görəsən “Neftçi” hücumçusuzu hara qədər getməyi düşünür? Komandada hücumçu yoxdu. 3 oyundur hücumçusuz qop qovalayırlar. Hələ bundan sonra yenə 2 oyun var. “Qarabağ” isə belə stadionda oynayırsa, bu möcüzədi. Belə qazon olar?".

Xəbər xətti