HİK-in baş məqşçisi Tino Koskela Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Neftçi”yə qarşı keçirilən cavab qarşılaşması haqda danışıb.
Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis matçla bağlı bunları deyib:
"İlk yarıda ciddi problemlə üzləşdik. Qol epizodu yarada bilmirdik. Hücumda müxtəlif gedişatlar etmək istədik, amma az alınırdı.
İkinci hissədə isə vəziyyət dəyişdi. Təbii ki, ikinci yarıda erkən qol vurmaq öz təsirini göstərdi. İlk qoldan sonra biz oyunda diqtə edən tərəf idik. İstədiyimiz çox şey alındı. Layiqli qələbə qazandıq, heç kim buna şübhə etmədi. “Neftçi” ilə matçda bu cür nəticə əldə etmək çox yaxşı göstəricidi".
