“Atletiko” heyətini serbiyalı futbolçu ilə gücləndirəcək.
Sportal.az xəbər verir ki, ötən mövsüm İspaniya Primerosunun qalibi olmuş madridlilər “Fiorentina”nın hücumçusu Duşan Vlahoviçi transfer etmək üçün danışıqlar aparır.
“Atletiko” 21 yaşlı hücumçu üçün qarşı tərəfə 60 milyon avro təklif edib. İspanlar 60 milyonla yanaşı “Fiorentina”ya Neuen Peresi də verəcək.
