Nainqqolan Belçika klubunda

23:10 - 13 Avqust 2021

"İnter"dən ayrılan Raca Nainqqolan karyerasını Belçikada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "Antverpen"lə razılığa gəlib. Onun müqavilə şərtləri açıqlanmayıb.

 

Nainqqolan ötən mövsüm icarə əsasında "Kalyari"də oynayıb. Milan təmsilçisi belçikalı yarımmüdafiəçini 2018-ci ildə "Roma"dan 38 milyon avroya transfer etmişdi.

Xəbər xətti