"Neftçi" və "Qarabağ"ın cavab oyunlarının hakimləri açıqlandı

13:55 - 14 Avqust 2021

“Qarabağ” və “Neftçi”nin Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunlarına hakim təyinatları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, “Qarabağ”ın Şotlandiyanın “Aberdin” klubu ilə səfər matçını Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Harald Lexner olacaq. Ona yan xətt hakimləri Andreas Haydenrayx və Maksimilian Kolbiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Culian Vaynberger yerinə yetirəcək.

 

"Neftçi"nin İsraildə Hayfa "Makkabi"sinə qarşı keçirəcəyi matçı isə Şimali Makedoniya Futbol Federasiyasından Aleksandr Stavrev idarə edəcək. Ona həmyerliləri Deyan Kostadinov və Qoçe Peterski köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Deyan Yakimovski yerinə yetirəcək.

 

Qeyd edək ki, hər iki klubumuzun cavab oyunu avqustun 26-da keçiriləcək.

Xəbər xətti