"Sevilya" Argentina millisinin üzvünü transfer etdi

14:58 - 14 Avqust 2021

İspaniyanın "Sevilya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi "River Pleyt"dən Qonsalo Montieli rənglərinə bağlayıb. 24 yaşlı sağ cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.

 

Montiel Argentina yığmasının da üzvüdür. "Sevilya" bu transfer üçün "River Pleyt"ə 10 milyon avro ödəyib.

Xəbər xətti