"Mançester Yunayted" 50 milyon avroluq transferi açıqladı

15:29 - 14 Avqust 2021

İngiltərənin "Mançester Yunayted" klubu yeni transferini təqdim edib.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" "Real"dan Rafael Varanı transfer etdiyini rəsmi saytı vasitəsilə açıqlayıb. Fransa millisinin üzvü ilə 2025-ci ilin yayına kimi müqavilə imzalanıb.

 

"Mançester Yunayted" 28 yaşlı mərkəz müdafiəçisi üçün İspaniya təmsilçisinə 50 milyon avro ödəyib.

 

Qeyd edək ki, Rafael Varan "Real"a 2011-ci ildə Fransanın "Lans" klubundan transfer olunub. Varan "kral klubu"nun heyətində meydana çıxdığı 360 matçda 17 qol vurub.

Xəbər xətti