Məmmədyarovdan 3 qələbə, 4 heç-heçə

13:15 - 15 Avqust 2021

ABŞ-ın Sent-Luis şəhərində Şəhriyar Məmmədyarovun qatıldığı “Grand Chess Tour” şahmat seriyasının dördüncü mərhələsi – “Saint Louis Rapid and Blitz 2021” turniri davam edir.

 

Sportal.az xəbər verir ki, şahmatçılar turnirin blits yarışının 9 turunda iştirak ediblər. Şəhriyar 9 turun 3-nü qələbə ilə başa vurub, 4-də heç-heçə edib, 2-də isə məğlub olub.

 

Ümumi nəticəyə görə, şahmatçımız 13 xalla beşinci pillədə qərarlaşıb.

 

Turnir 9 rapid və 18 blits turdan ibarətdir. Mərhələnin mükafat fondu isə 150 min ABŞ dolları təşkil edir.

 

Məmmədyarov seriyanın birinci mərhələsi "Superbet Chess Classic Romania"ın qalibi olub.

Xəbər xətti