“Makkabi” çox güclü komadadı. Bu komanda “Aşdod” deyil, daha təhlükəli, daha güclüdü”.
Bu sözləri Sportal.az saytına açıqlamasında Emil Kitelman deyib.
Futbolçu karyerasını Azərbaycan və İsraildə keçirmiş Kitelman hazırda İsraildə yaşayır. O, Konfrans Liqasının pley-off mərhələsinin “Neftçi” – “Makkabi”(Hayfa) cütünün şanslarından danışıb. Onun fikrincə, Azərbaycan çempionu üçün israillilərə qarşı oyun çətin alınacaq:
"Makkabi”(Hayfa) səviyyə və büdcəyə görə “Aşdod”dan fərqli komandadı. Ben Sahar kimi güclü hücumçu transfer ediblər. Hansı ki, o da avrokuboklarda da, çempionatda da qol vurur. “Makkabi”nin çox yaxşı yarımmüdafiəsi var, milli üzvləri yer alıb komandada. Yəni deməyim odur ki, "Makkabi" "Aşdod" deyil. Cütün favoriti "Neftçi" yox, "Makkabi"di. "Neftçi" üçün çox çətin olacaq. Lakin hər şey oyuna hazırlaşmaqdan asılı olacaq".
saytlarin hazirlanmasi
