Avropa Konfrans Liqasının pley-off mərhələsində "Neftçi”nin rəqibi olan “Makkabi” klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, İsrail təmsilçisi Mahmud Caber ilə müqaviləni yeniləyib. 21 yaşlı yarımmüdafiəçi ilə 2024-cü ilin yayına qədər sözləşmə imzalanıb.
Qeyd edək ki, “Makkabi” “Neftçi” ilə ilk matçını avqustun 19-da, Bakıda keçirəcək. Komandalar arasındakı cavab oyunu isə avqustun 26-da, Hayfada olacaq.
saytlarin hazirlanmasi
