Martin Şkrtelin yeni klubu

20:49 - 16 Avqust 2021

Slovakiya millisinin keçmiş futbolçusu Martin Şkrtelin yeni klubu məlum olub.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı müdafiəçi ölkəsinin “Spartak” klubuna keçib. Trnava təmsilçisi müqavilə detallarını açıqlamayıb.

 

Şkrtel “Liverpul”, “Zenit”, “Atalanta”,  “Fənərbaxça” və “Başakşəhər” kimi klublarda çıxış edib.

Xəbər xətti