Nordin Amrabatın yeni klubu bəlli oldu

23:23 - 16 Avqust 2021

Mərakeş millisinin üzvü Nordin Amrabatın yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi karyerasını Yunanıstanda davam etdirəcək. O, Super Liqa təmsilçisi AEK ilə 2 illik müqavilə imzalayıb.

 

Amrabat PSV, "Kayserispor", "Qalatasaray", "Malaqa", "Leqanes", "Uotford" kimi klublarda çıxış edib. Onun son klubu Səudiyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr" olub.

Xəbər xətti