İtaliyanın "Roma" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi "Çelsi"nin hücumçusu Temmi Abrahamı rənglərinə bağlayıb. 23 yaşlı qolçu ilə 5 illik müqavilə imzalanıb.
Abraham yeni klubunda 9 nömrəli formanı geyinəcək. Roma İngiltərə millisinin üzvü üçün London klubuna 40 milyon avro ödəyib.
Qeyd edək ki, Temmi Abraham "Çelsi"nin yetirməsidi. O, Premyer Liqa klubnun heyətində meydana çıxdığı 81 oyunda 30 qol vurub.
saytlarin hazirlanmasi
