"Qalatasaray"dan ayrılan futbolçu ölkəsinə qayıtdı

16:25 - 17 Avqust 2021

"Qalatasaray"dan ayrılan Martin Linnesin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı sağ cinah müdafiəçisi karyerasını ölkəsində davam etdirəcək. Norveç millisinin üzvü sabiq klubu olan "Molde"yə geri dönüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.

 

Qeyd edək ki, Martin Linnes "Qalatasaray"a 2016-cı ildə "Molde"dən transfer olmuşdu. O, İstanbul təmsilçisinin heyətində 101 oyunda meydana çıxıb.

Xəbər xətti