"Aberdin" bilet qiymətlərində endirim etdi

20:54 - 17 Avqust 2021

Şotlandiyanın "Aberdin" klubu "Qarabağ"a qarşı keçirəcəyi Konfrans Liqasının pley-off mərhələsinin ev oyununun biletlərini satışa çıxarıb.

 

Sportal.az xəbər verir ki, "Pittodri" stadionunda keçiriləcək cavab qarşılaşması üçün 18 min bilet satışdadır. Klub bilet qiymətlərinin aşağı endirildiyini açıqlayıb. Qiymətlər 6-32 funt sterlinq arasında dəyişir.

 

"Qarabağ" - "Aberdin" matçı avqustun Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Cavab görüşü 1 həftə sonra Şotlandiyada reallaşacaq.

 

Xəbər xətti