"Qalatasaray"ın Avropa Liqasının pley-off mərhələsinin "Randers"lə oyunlarının heyəti açıqlanıb.
Sportal.az xəbər verir ki, Fatih Tərim 23 nəfərlik heyətə Markaonu daxil etməyib.
Komandanın baş məşqçisinin bu qərarının Markaonun Türkiyə Super Liqasının ilk turunda "Giresunspor"la (2:0) matçda komanda yoldaşı Kerem Aktürkoğlunu yumruqla vurması ilə əlaqələndirilir.
Avqustun 19-da keçiriləcək "Qalatasaray" - "Randers" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
saytlarin hazirlanmasi
