Harri Keyn "Mançester Siti"yə keçməyəcək?

17:54 - 18 Avqust 2021

Uzun müddətdir ki, “Mançester Siti”yə keçəcəyi gözlənilən Harri Keynin keçidi ləngiyir.

Sportal.az xəbər verir ki, London klubunun prezidenti Daniel Levi “Mançester Siti” rəhbərliyinin zənglərinə artıq cavab verməməyə başlayıb.

​Son dəfə “şəhərlilər”in növbəti təklifini də geri çevirən London klubu, Keynin satılmayacağını qarşı tərəfə bildirib. Xatırladaq ki,son dəfə “Mançester Siti” Keyn üçün 125 milyon funt və bir futbolçunu təklif etmişdi.

Xəbər xətti