"Neftçi"nin müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

19:55 - 18 Avqust 2021

"Neftçi"nin müdafiəçisi Mert Çelik sabah Konfrans Liqasının pley-off mərhələsinin "Makkabi"(Hayfa) ilə oyunu haqda danışıb.

Sportal.az xəbər verir ki, müdafiəçi sabahkı matç haqda bunları deyib: "Sabahkı oyunun çətin olduğunu bilirik. Meydana qələbə üçün çıxacağıq.

​Matça çox yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, səfərə sərfəli nəticə ilə gedəcəyik. Bir hədəfim var, bu yöndə çalışıram. Baş məşqçimiz mənə daha çox şans verir. Mən də bundan yararlanmaq istəyirəm".

Xəbər xətti