HİK-in baş məşqçisi: "Neftçi" "Fənərbaxça"dan zəifdi"

11:11 - 19 Avqust 2021

HİK-in baş məşqçisi Toni Koskela Avropa Liqasının pley-off mərhələsinin “Fənərbaxça” ilə matçından əvvəl keçirilən mətbuat konfransında çıxış edib.

Sportal.az xəbər verir ki, finlandiyalı mütəxəssis “Neftçi” haqda da fikirlərini bildirib: “Bu mövsüm ən zəif oyunumuzu “Neftçi” ilə görüşün ilk yarısında göstərdik. Son matçda meydana çıxan bütün futbolçularımızı İstanbula gətirmişik.

​“Malmö” və “Fənərbaxça” güclü kollektivlərdi. “Neftçi” və “Fənərbaxça”nı müqayisə etsək, türk klubunun açıq futbol oynadığını və Bakı komandasının onlardan açıq-aşkar zəif olduğunu söyləmək mümkündü. Amma “Fənərbaxça” ilə oyuna hazırlaşmaq çətin olmadı, çünki onların oyununu daha yaxşı bilirik”.

Xəbər xətti