"Arsenal" millinin qapıçısını transfer edir

11:38 - 19 Avqust 2021

“Şeffild Yunayted”in qapıçısı Aron Remsdeyl “Arsenal”a keçməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, “topçular” bu transferə görə 35 milyon avro xərcləyəcək.

23 yaşlı qapıçının “Arsenal”la 4+1 şərtilə müqavilə imzalayacağı ehtimal edilir.

Bu ildən İngiltərə millisinə dəvət edilən qapıçı "Şeffild Yunayted"in yetirməsidi.

 

Xəbər xətti