“Atletiko” Markos Llorenteni buraxmaq istəməyib.
Sportal.az xəbər verir ki, Madrid klubu yarımmüdafiəçi ilə müqaviləni 2027-ci ilə qədər uzadıb. Ona görə kluba bir çox təkliflər gəlsə də, “Atletiko” həmin təklifləri geri çevirərək futbolçusunu yeni müqaviləyə razı salıb.
2019-cu ildən “Atletiko”da oynayan futbolçu indiyə qədər 82 matçda 18 qol vurub və klubunun heyətində İspaniya çempionluğunu yaşayıb.
