Premyer Liqa klubu Ozanın trasferini açıqladı

14:05 - 19 Avqust 2021

"Fənərbaxça"nın futbolçusu Ozan Tufan karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi "Uotford"a keçib. Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

 

Türkiyə millisinin üzvü 2021-2022-ci ilə mövsümünü icarə əsasında ada təmsilçisində keçirəcək. Mövsümün sonunda "Uotford" Premyer Liqada qalsa, Ozan Tufanı birdəfəlik almaq hüququna sahibdi.

 

Qeyd edək ki, Ozan Tufan "Bursaspor"un yetirməsidi. O, 2015-ci ildə "Fənərbaxça"ya transfer olub.

Xəbər xətti