Millimizin forvardı Azərbaycanı yox, Almaniyanı seçdi

14:18 - 19 Avqust 2021

"Finiks Rizinq"dən ayrılaraq Almaniyaya qayıdan Rüfət Dadaşova Azərbaycanda oynamaq təklif edilib.

Sportal.az saytına daxil olan məlumata görə, forvardın variantları arasında Azərbaycan klubu da olub. Lakin "Şalke-2"nin təklifi Dadaşovu digər təklifləri geri çevirməyə məcbur edib.

Belə ki, o, Helzenkirhen klubunun ikinci komandasında yaxşı oynayayaraq əsas komandaya cəlb edilmək niyyətindədi. Xatırladaq ki,  Azərbaycan millisinin forvardı ABŞ karyerasına qədər yalnız Almaniyada oynamışdı.

Xəbər xətti