“Qarabağ”- “Aberdin” oyunu olduqca ağır keçəcək. Çünki şotlandlar bu yerə qədər gəlib çıxıbsa, qrupa düşmək istəyəcəklər. Onlar özlərini sübut etmək istəyir”.
Bu sözləri Sportal.az saytına açıqlamasında Əfran İsmayılov deyib.
Uzun illər “Qarabağ”da çıxış etmiş təcrübəli yarımmüdafiəçi sabiq komandasının Konfrans Liqasının qrup mərhələsinə düşmək şanslarını dəyərləndirib: “Aberdin”in həvəsli olduğunu əbəs yerə demədim. Yadımdadı, biz də avrokuboklarda pley-off mərhələsinə kimi gələndə, çox həvəsli idik ki, qruplara düşək, rəqibdən asılı olmayaraq hər oyuna qələbə üçün çıxırdıq, ciddi hazırlaşırdıq. “Aberdin” də “Qarabağ”la oyuna ciddi hazırlaşıb. Başabaş oyun gedəcəyini düşünürəm. Şanslar isə 50/50-di. Əlbəttə, hamımız “Qarabağ”ın “Aberdin” səddini keçməsini istəyirik”.
İsmayılov, bərbad vəziyyətdə olan Tofiq Bəhramov adına Respublika stadionun qazonundan da danışıb:
“Qazon doğurdan da acınacaqlıdı. Mənim üçün də biabırçı durumdu. Çünki belə stadionda bu cür qazonun olması... Qarşı tərəfin də haqqı var ki, belə qazondan şikayətlənsin. Biz özümüz də səfərə gedəndə, ot örtüyü yaxşı olmayanda şikayətlənirik. İstənilən halda meydançada tərəflər üçün eynidi.
Dualarımız “Qarabağ”ın yanındadı. İstəyirik ki, bizi sevindirsinlər. “Qarabağ” Azərbaycan futbolunun yükünü belində daşıyır. Azərbaycan futbolu deyəndə elə “Qarabağ” yada düşür”.
