Pedro İtaliyada klubunu dəyişdi

15:52 - 19 Avqust 2021

"Roma"dan ayrılan Pedronun yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı hücumçu "canavarlar"ın əzəli rəqibi "Latsio"ya transfer olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqavilənin detalları açıqlanmayıb. İspaniya millisinin sabiq üzvü İtaliya təmsilçisində 9 nömrəli formanı geyinəcək.

 

Qeyd edə ki, Pedro karyerası ərzində "Barselona", "Çelsi" və "Roma"da oynayıb. O, son mövsümdə "Roma"nin heyətində meydana çıxdığı 30 oyunda 6 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti