Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun XIX - sonuncu mərhələsinin iştirakçıları bəlli olub.
Sportal.az xəbər verir ki, Şəhriyar Məmmədyarov "Aimchess USRapid" adlanan turnirdə mübarizə aparacaq. Final mərhələsinə vəsiqəni təmin edən Teymur Rəcəbovun adı isə siyahıya daxil edilməyib.
İyulun 28-də start götürəcək onlayn turnir sentyabrın 5-də başa çatacaq. Yarışın mükafat fondu 100 min ABŞ dollarıdır.
saytlarin hazirlanmasi
