Vaxtilə “Qarabağ”ın şərəfini qorumuş Qoqa Beraya Sportal.az saytına açıqlama verib. Gürcüəsilli futbolçu Ağdam klubunun Konfrans Liqasının pley-off mərhələsinin “Aberdin”lə görüşündəki şanslarını dəyərləndirib:
“Düzünü deyim, “Aberdin”i heç izləməmişəm. Amma təbii ki, adlı-sanlı komandadı, ötənlərin güclü komandasıdı. Sadəcə klub olaraq onları tanıyıram.
“Qarabağ”ı isə izləyirəm və bu gün də onlara azarkeşlik edəcəm. Çünki bu komandada oynamışam, yaddaqalan günlərim olub. Tahir Gözələ hörmətim böyükdü. Onunla yaxşı münasibətim olduğunu xatırlayıram. Həqiqətən də o, yaxşı insandı. İlk növbədə Tahir Gözələ uğurlar arzulayıram ki, komandası qalib gəlsin. İstənilən halda “Qarabağ”a azarkeşlik edəcəm”.
