İngiltərənin "Arsenal" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, London təmsilçisi "Real"ın yarımmüdafiəçisi Martin Odeqardı rənglərinə bağlayıb. "Topçular" ötən mövsümü icarə əsasında komandada keçirən 23 yaşlı oyunçunu birdəfəlik heyətinə qatıb. Müqavilənin detalları açıqlanmayıb.
"Arsenal" norveçli futbolçu üçün "Real"a 35 milyon avro ödəyib. Odeqard Premyer Liqa təmsilçisində 8 nömrəli formanı geyinəcək.
saytlarin hazirlanmasi
