"Mançester Siti" yarımmüdafiəçini icarəyə verdi

15:53 - 20 Avqust 2021

Almaniyanın “Şalke” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, 2-ci Bundesliqa təmsilçisi “Mançester Siti”dən Ko İtakuranı icarəyə götürüb. 24 yaşlı yarımmüdafiəçi 2021/2022 mövsümünü “Şalke”də keçirəcək.

 

Yaponiya milli komandasının da üzvü olan İtakura 2019-cu ildən “Mançester Siti”də çıxış edir. Yarımmüdafiəçi ötən mövsümü icarə əsasında Niderlandın “Qroningen” klubunda keçirib.

Xəbər xətti